15.03.2025

PFF Agro Consulting MMC Salyan və Saatlı rayonlarında fermerlərlə görüşəcək

PFF Agro Consulting MMC növbəti layihəsi ilə fermerlərin yanındadır. 28.03.2025 tarixində şirkətimizin peşəkar mütəxəssis heyəti Salyan və Saatlı rayonlarında fermerlərlə görüşlər keçirəcək və birbaşa təsərrüfatlara səfərlər edəcəklər.

Səfərlər çərçivəsində mütəxəssislərimiz əkin sahələrinə yerində baxış keçirəcək, mövcud vəziyyəti qiymətləndirəcək və məhsuldarlığın artırılması üçün öz dəyərli məsləhətlərini verəcəklər. Görüşlərin əsas məqsədi fermerlərin qarşılaşdıqları çətinlikləri dinləmək, suvarma və aqrotexniki qulluqla bağlı ən effektiv həll yollarını təqdim etməkdir.

Təsərrüfatınızın gələcək inkişafı üçün peşəkar mühəndis və aqronomlarımızın təcrübəsindən yararlanmağa dəvətlisiniz.