15.04.2025

PFF Agro Consulting MMC: IFODA Məhsullarının Azərbaycanda Eksklüziv İdxalçısıdır

Azərbaycanın kənd təsərrüfatı sektorunda yeniliklərə imza atan “PFF Agro Consulting” MMC beynəlxalq bazarın qabaqcıl aqrokimya müəssisələrindən biri olan “IFODA Agro Kimyo Himoya” şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, bu istehsalçının məhsulları artıq  eksklüziv olaraq şirkətimiz tərəfindən ölkəmizə idxal edilir.

Artıq ilk məhsul partiyası Azərbaycana çatdırılıb. Bu əməkdaşlıq çərçivəsində yerli fermerlərə yüksək keyfiyyətli bitki mühafizə vasitələri məhsuldarlığı artıran innovativ preparatlar təqdim olunur. IFODA brendinin beynəlxalq standartlara cavab verən məhsulları bitkilərin xəstəlik və zərərvericilərdən qorunmasında, həmçinin torpağın münbitliyinin artırılmasında yüksək effektivliyi ilə seçilir.

“PFF Agro Consulting” MMC olaraq məqsədimiz dünya təcrübəsini yerli təsərrüfatlara gətirmək və fermerlərimizin beynəlxalq keyfiyyətli məhsullara əlçatanlığını təmin etməkdir. Eksklüziv tərəfdaşlığımız sayəsində IFODA məhsullarını ən uyğun şərtlərlə və peşəkar mütəxəssis məsləhəti ilə birlikdə əldə edə bilərsiniz.