“PFF Agro Consulting” MMC, kənd təsərrüfatının həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlərində məhsuldarlığı artırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə innovativ “GAZIMED” brendi ilə genişmiqyaslı əməkdaşlığa start verib.
Bu əməkdaşlıq çərçivəsində tətbiq olunacaq hipoxlor turşusu (HOCl) əsaslı məhsullar kənd təsərrüfatı və qida sektorunun bütün zəncirini əhatə edir.
Bitkiçilik və Qida Sahələrində İnnovativ Tətbiqlər:
GAZIMED məhsulları bitkiçilikdə fermerlər üçün aşağıdakı yeni imkanlar yaradır:
- Məhsulun Saxlanma Müddətinin Artırılması: Meyvə-tərəvəz anbarlarında dezinfeksiya apararaq məhsulun çürüməsinin qarşısını alır və təravətini uzun müddət qoruyur.
- Torpağın Reabilitasiyası (AGROPAK): Torpaqda yığılıb qalan zərərli kimyəvi qalıqların təmizlənməsinə və üzvi məhsul əldə edilməsinə kömək edir.
- Xəstəliklərlə Mübarizə: Toxumların və şitillərin virus, bakteriya və göbələklərdən qorunmasını təmin edərək sağlam cücərməni 99.9% reallaşdırır.
- Qida Təhlükəsizliyi: Məhsulların yuyulması zamanı kimyəvi qalıq qoymadan zərərli mikroqanizmləri 98% effektivliklə məhv edir.
Heyvandarlıq və Heyvan Sağlamlığı:
Eyni zamanda, bu məhsullar heyvandarlıq komplekslərində:
- Biotəhlükəsizlik: Quş qripi, Nyukasl və dırnaq xəstəlikləri kimi epidemik risklərə qarşı güclü müdafiə yaradır.
- İmmunitet: Heyvanların içməli sularının dezinfeksiyası vasitəsilə daxili infeksiyaların qarşısını alır.
PFF Agro Consulting-in Missiyası
“PFF Agro Consulting” mütəxəssisləri fermerlərə tarladan anbara qədər olan bütün proseslərdə GAZIMED-in təklif etdiyi bu ekoloji təmiz və FDA tərəfindən təsdiqlənmiş həllərin düzgün tətbiqi üzrə peşəkar məsləhət xidmətləri göstərəcəklər. Məqsədimiz yerli fermerlərin beynəlxalq standartlara uyğun, kimyəvi qalıqsız və yüksək keyfiyyətli məhsul istehsal etməsinə dəstək olmaqdır.



