“PFF Agro Consulting” MMC 13-16 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan regionun ən böyük kənd təsərrüfatı sərgisində fəal iştirak edib. Sərgi çərçivəsində şirkətimizin nümayəndə heyəti yerli və xarici tərəfdaşlarla bir araya gələrək aqrar sektorun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Dörd gün davam edən sərgi müddətində müxtəlif ölkələrin qabaqcıl istehsalçıları və texnologiya təchizatçıları ilə silsilə B2B görüşlər keçirilib. Bu görüşlərdə müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri və innovativ həllərin ölkəmizə gətirilməsi istiqamətində əhəmiyyətli müzakirələr aparılıb və gələcək strateji əməkdaşlıqların təməli qoyulub.
“PFF Agro Consulting” MMC olaraq qlobal aqrar yenilikləri yaxından izləyir və fermerlərimizə ən yaxşı xidməti təqdim etmək üçün beynəlxalq əlaqələrimizi genişləndirməyə davam edirik.
