02.09.2025

PFF Agro Consulting MMC-dən Südlük Heyvandarlıq Sahəsində Yeni Biznes Layihəsi

Şirkətimiz müasir heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə növbəti bazar araşdırmasını və biznes planın hazırlanmasını yekunlaşdırıb. Müştərimizin müraciəti əsasında hazırlanan bu layihə spesifik olaraq südlük istiqamətli müəssisənin qurulmasını əhatə edir.

Biznes plan çərçivəsində daxili bazarın tələbatı təhlil edilib, südlük cins heyvanların seçimi, yem rasionunun planlanması və müasir sağım texnologiyalarının tətbiqi ilə bağlı dəqiq hesablamalar aparılıb. Layihənin məqsədi investisiyanın səmərəliliyini təmin etməklə yanaşı, yüksək keyfiyyətli süd istehsalına nail olmaqdır.

PFF Agro Consulting MMC olaraq, fermer və sahibkarlara kənd təsərrüfatının müxtəlif sahələrində elmi və iqtisadi əsaslandırılmış layihələrlə dəstək olmağa davam edirik.