30.04.2026

PFF Agro Consulting MMC Kral Günü tədbirində!

Niderland Krallığının Azərbaycandakı Səfirliyi tərəfindən Niderlandın milli bayramı — Kral Günü (Koningsdag) münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etməkdən böyük məmnuniyyət duyduq.
Tədbir çərçivəsində Niderlandın fövqəladə və səlahiyyətli səfiri xanım Marianne de Jong və digər tərəfdaşlarımızla kənd təsərrüfatı və innovasiyalar sahəsində mövcud əməkdaşlıq imkanlarını müzakirə etdik, xoş ünsiyyətdə olduq.
Dəvət üçün Niderlandın ölkəmizdəki səfirliyinə, eləcə də xanım səfirə öz dərin təşəkkürümüzü bildiririk.