“PFF Agro Consulting” MMC-nin mütəxəssis heyəti bölgələrdə fermerlərə dəstək layihəsi çərçivəsində Samux rayonunda növbəti görüşlərini keçirib. Səfər zamanı rayonun qabaqcıl qoyunçuluq, maldarlıq və quşçuluq təsərrüfatlarına baş çəkilərək mövcud vəziyyət yerindəcə analiz edilib.
Görüşlər əsnasında mütəxəssislərimiz fermerlərlə fərdi söhbətlər aparıb, heyvanların saxlanma şəraiti, bəslənmə rasionu və xəstəliklərdən qorunma üsulları ilə bağlı dəyərli məsləhətlərini bölüşüblər. Xüsusilə məhsuldarlığın artırılması və müasir baytarlıq yanaşmalarının tətbiqi istiqamətində praktiki tövsiyələr verilib.
“PFF Agro Consulting” MMC olaraq məqsədimiz hər bir təsərrüfatın spesifik ehtiyaclarını öyrənmək və fermerlərimizə elmi əsaslı, effektiv həllər təqdim etməklə kənd təsərrüfatının inkişafına dəstək olmaqdır.
