“PFF Agro Consulting” MMC bölgələrdə fermerlərin maarifləndirilməsi və təsərrüfatların səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir. Növbəti dayanacaq kənd təsərrüfatı sahəsində böyük potensiala malik olan Quba rayonu olub.
Təlim zamanı mütəxəssis heyətimiz tərəfindən fermerlərə zərərvericilər, xəstəliklər və onlara qarşı tətbiq edilən müasir mübarizə üsulları barədə ətraflı məlumat verilib. Xüsusilə meyvə bağlarında rast gəlinən mövsümi problemlər, bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları və aqrotexniki qulluq müddətləri praktiki nümunələrlə izah edilib. Görüşün sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və təsərrüfatların məhsuldarlığını qorumaq üçün effektiv fəaliyyət planları müzakirə olunub. PFF Agro Consulting olaraq məqsədimiz elmi bilikləri birbaşa sahələrə daşımaqla yerli istehsalçıların yanında olmaqdır.
