25.02.2025

AZƏRBAYCAN AQRO-SEKTORUNDA YENİ ERA: “PFF AGRO CONSULTING” VƏ ÖZBƏKİSTANIN NƏHƏNGİ “İFODA” ARASINDA STRATEJİ ƏMƏKDAŞLIQ

Bakı, Azərbaycan – Ölkəmizin kənd təsərrüfatı sektorunda innovativ həlləri ilə seçilən “PFF Agro Consulting” MMC növbəti uğurlu addımını ataraq beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir. Şirkətimizin dəvəti ilə Özbəkistanın aqro-kimya sahəsində lideri, beynəlxalq səviyyəli pestisid və gübrə istehsalçısı olan “İFODA” şirkətinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Biznes mühiti və yeni imkanlar müzakirə olunub
Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın əlverişli biznes mühiti, kənd təsərrüfatında tətbiq olunan dövlət dəstəyi və aqrar sektorun sürətli inkişaf potensialı ətraflı müzakirə edilib. “İFODA” nümayəndələri Azərbaycan bazarının region üçün strateji əhəmiyyətini yüksək qiymətləndirərək, müasir bitki mühafizə vasitələri və innovativ gübrə həllərinin yerli fermerlər üçün yaratdığı perspektivləri vurğulayıblar.

Eksklüziv tərəfdaşlıq: İmzalar atıldı!
Müzakirələrin ən mühüm məqamı olaraq, “PFF Agro Consulting” MMC və “İFODA” şirkəti arasında rəsmi eksklüziv distribütorluq müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən, “İFODA”-nın beynəlxalq standartlara cavab verən, yüksək effektivlikli məhsullarının Azərbaycanda yeganə rəsmi təmsilçisi “PFF Agro Consulting” olacaq.

Bu tərəfdaşlıq fermerlərə nə vəd edir?
Bu əməkdaşlıq Azərbaycan fermerlərinə və aqrar sahibkarlara dünya səviyyəli bitki mühafizə vasitələrinə daha rahat çıxış imkanı yaradacaq. “İFODA”-nın 150-dən çox çeşiddə olan keyfiyyətli məhsulları — pestisidlər, mikro və makro gübrələr — məhsuldarlığın artırılmasına və zərərvericilərə qarşı mübarizənin daha effektiv aparılmasına xidmət edəcək.

“PFF Agro Consulting” olaraq, beynəlxalq təcrübəni yerli torpaqlarımıza gətirməkdən və Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatına töhfə verməkdən qürur duyuruq!