“PFF Agro Consulting” MMC-dən növbəti innovativ dəstək kampaniyası start götürdü!
Kənd təsərrüfatında yüksək məhsuldarlığın təməli düzgün qurulmuş suvarma sistemidir. Su ehtiyatlarına qənaət etmək və bitkilərin su tələbatını elmi əsaslarla qarşılamaq istəyən fermerlərimiz üçün möhtəşəm fürsət təqdim edirik.
Yalnız Mart və Aprel aylarında!
Şirkətimizin peşəkar mühəndis və aqronom heyəti tərəfindən təsərrüfatınız üçün suvarma sistemlərinin tam detallı layihələndirilməsi heç bir ödəniş tələb olunmadan həyata keçiriləcək.
Ödənişsiz layihələndirmə xidmətinə nələr daxildir?
- Sahənin relyefinə uyğun suvarma sxeminin hazırlanması;
- Su sərfiyyatı və boru diametrlərinin dəqiq hesablanması;
- Layihə üçün tələb olunan avadanlıqların tam siyahısı (spesifikasiya);
- Maksimum səmərəlilik üçün peşəkar mühəndis rəyi.
Niyə indi?
Suvarma mövsümü başlamazdan əvvəl düzgün layihəyə sahib olmaq sizi gələcək itkilərdən və yanlış quraşdırma xərclərindən qoruyur. “PFF Agro Consulting” olaraq biz, fermerlərimizin xərclərini optimallaşdırmaq və müasir texnologiyaları hər kəs üçün əlçatan etmək niyyətindəyik.
Tələsin! Kampaniya yalnız mart və aprel aylarını əhatə edir.
Təsərrüfatınızı peşəkarlara həvalə edin, məhsulunuz bol olsun!

