Ölkənin qabaqcıl pambıqçılıq şirkətlərindən olan “P-Agro” və “PFF Agro Consulting” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, “P-Agro” öz təsərrüfatlarında “PFF Agro Consulting” tərəfindən ölkəyə eksklüziv olaraq idxal edilən IFODA brendinin pestisidlərindən istifadə edəcək.
Bu tərəfdaşlıq pambıq sahələrinin zərərvericilərdən daha effektiv qorunmasını və məhsuldarlığın artırılmasını hədəfləyir. Beynəlxalq standartlara cavab verən IFODA preparatları artıq “P-Agro”nun pambıq sahələrində bitki mühafizəsinin əsasını təşkil edəcək.

