03.11.2025

PFF Agro Consulting-dən Yeni Layihə: 60 Hektar Ərazinin Suvarma Sistemi Layihələndirildi

“PFF Agro Consulting” MMC tərəfindən növbəti irimiqyaslı layihə uğurla tamamlanıb. Müştərimizin müraciəti əsasında 40 hektar ərazini əhatə edən müasir suvarma sisteminin layihələndirilməsi peşəkar mühəndis heyətimiz tərəfindən həyata keçirilib.

Layihələndirmə zamanı ərazinin relyefi, torpaq tərkibi və əkiləcək bitki növünün su tələbatı dəqiq analiz edilərək ən effektiv suvarma üsulu seçilib. Hazırlanan bu layihə su resurslarına qənaət etməklə yanaşı, sahənin hər bir nöqtəsinin bərabər və vaxtında suvarılmasını təmin edərək yüksək məhsuldarlıq üçün zəmin yaradır.

PFF Agro Consulting olaraq, həm kiçik, həm də iri təsərrüfatlar üçün müasir mühəndis həlləri təqdim etməyə və fermerlərimizin işini asanlaşdırmağa davam edirik.