10.06.2025

PFF Agro Consulting MMC Aqrar Sahədə Elmi Tədqiqat İnstitutları ilə Əməkdaşlığı Genişləndirir

PFF Agro Consulting MMC kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini sürətləndirmək və elmi əsaslı aqrar xidmətlər təklif etmək məqsədilə ölkədə fəaliyyət göstərən aparıcı elmi tədqiqat institutları ilə silsilə görüşlərə başlayıb.

Şirkət rəhbərliyi və mütəxəssis heyəti kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış ƏkinçilikBitki Mühafizə və Texniki BitkilərMeyvəçilik və ÇayçılıqÜzümçülük və Şərabçılıq, Tərəvəzçilik eləcədə Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat institutlarının nümayəndələri ilə müzakirələr aparır. Görüşlərin əsas hədəfi elmi nailiyyətlərin birbaşa təsərrüfat sahələrinə inteqrasiyasını təmin etmək, yerli iqlim şəraitinə uyğun yeni bitki sortlarının və mühafizə vasitələrinin səmərəliliyini artırmaqdır.

“PFF Agro Consulting” MMC elmi tədqiqat institutları ilə sıx əməkdaşlıq çərçivəsində fermerlər üçün daha dəqiq laborator analizlər, torpaq münbitliyinin bərpası və məhsuldarlığın elmi metodlarla yüksəldilməsi istiqamətində layihələr həyata keçirməyi planlaşdırır. Biz inanırıq ki, elmlə təcrübənin vəhdəti Azərbaycan kənd təsərrüfatını daha rəqabətqabiliyyətli və dayanıqlı edəcəkdir.