08.07.2025

PFF Agro Consulting MMC-dən Yeni Layihə: Müasir Suvarma Sisteminin Quraşdırılmasına Başlanıldı

“PFF Agro Consulting” MMC ölkə kənd təsərrüfatının inkişafına töhfə verən növbəti layihəsinin icrasına start verib. Layihə çərçivəsində nəzərdə tutulan bütün texniki avadanlıqlar və materiallar artıq ölkəyə idxal olunaraq sahəyə çatdırılıb.

Hazırda mütəxəssis heyətimiz tərəfindən ərazidə montaj və quraşdırma işlərinə başlanılıb. Ən son texnologiyalara əsaslanan bu suvarma sistemi su resurslarından maksimum səmərəli istifadəni və bitkilərin optimal qidalanmasını təmin edəcək. Materialların keyfiyyəti və mühəndis yanaşmamız layihənin uzunömürlü və effektiv olmasına zəmanət verir.

“PFF Agro Consulting” MMC olaraq, müasir suvarma həlləri ilə fermerlərimizin işini asanlaşdırmağa və məhsuldarlığı artırmağa davam edirik.