10.05.2025

PFF Agro Consulting MMC-dən Yeni Təşəbbüs: Fermerlərin Ehtiyacları Sorğu Vasitəsilə Öyrənilir

“PFF Agro Consulting” MMC gələcək fəaliyyətini daha da təkmilləşdirmək və fermerlərə daha keyfiyyətli, fərdi ehtiyaclara uyğun xidmətlər təklif etmək məqsədilə sorğu keçirdir.

Şirkətimiz kənd təsərrüfatı sektorunda göstərdiyi xidmət səviyyəsini artırmaq üçün birbaşa torpaq sahiblərinin və təsərrüfat rəhbərlərinin fikirlərini öyrənməyi hədəfləyir. Sorğunun əsas məqsədi fermerlərin qarşılaşdıqları çətinlikləri müəyyən etmək, suvarma, bitki mühafizəsi və digər aqrar xidmətlərlə bağlı real ehtiyacları analiz etməkdir.

Toplanacaq məlumatlar əsasında “PFF Agro Consulting” MMC fermerlər üçün daha maraqlı, əlçatan və innovativ həllər paketini hazırlayacaq. Sizin rəyiniz bizim üçün dəyərlidir, çünki biz gələcək xidmətlərimizi məhz sizin tələblərinizə uyğun qurmaq istəyirik.

Bütün fermerləri sorğuda aktiv iştirak etməyə və kənd təsərrüfatının inkişafına töhfə verməyə dəvət edirik.