Şirkətimiz daxili bazarda heyvandarlıq yemləri ilə bağlı geniş bazar araşdırmasına start verib. Bu təşəbbüsün əsas məqsədi fermerlərin yem rasionunu daha effektiv və zəngin etmək üçün mövcud imkanları təhlil etməkdir.
Araşdırma nəticəsində fermerlərin yem xərclərinin azaldılması və eyni zamanda təsərrüfatlarda məhsuldarlığın artırılması istiqamətində yeni həll yolları hazırlanacaq. Biz fermerlərə həm iqtisadi cəhətdən sərfəli, həm də heyvan sağlamlığı üçün ən keyfiyyətli yemlərin əlçatanlığını təmin etmək üçün çalışırıq.
