“PFF Agro Consulting” MMC və Özbəkistanın qabaqcıl aqrokimya istehsalçısı olan “IFODA” şirkəti arasındakı eksklüziv tərəfdaşlıq uğurla davam edir. Razılaşma çərçivəsində yüksək keyfiyyətli bitki mühafizə vasitələri və innovativ preparatların növbəti böyük partiyası artıq ölkəmizə idxal olunub.
Yeni daxil olan məhsullar artıq şirkətimizin anbarlarındadır və satışa hazırdır. Bu partiyada fermerlərin yaz-yay mövsümündə ən çox ehtiyac duyduğu bitki qoruma məhlulları və məhsuldarlığı artıran xüsusi vasitələr yer alır. İFODA-nın beynəlxalq standartlara uyğun bu məhsulları təsərrüfatlarda xəstəlik və zərərvericilərə qarşı ən effektiv mübarizəni təmin edir.
Fermerləri anbarlarımıza yaxınlaşmağa və ya bizimlə əlaqə saxlayaraq yeni partiyadan olan bu effektiv məhsulları əldə etməyə dəvət edirik.
