“PFF Agro Consulting” MMC növbəti beynəlxalq layihəsinə start verib. Şirkətimiz Niderland Krallığının ölkəmizdəki səfirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda mövcud imkanların müəyyən edilməsi üzrə peşəkar məsləhət xidmətlərinin göstərilməsinə başlayır.
Layihə çərçivəsində Azərbaycanın aqrar sektorunun müxtəlif istiqamətləri üzrə geniş təhlillər aparılacaq, yeni investisiya imkanları və strateji əməkdaşlıq sahələri müəyyən ediləcəkdir. Bu əməkdaşlıq Niderlandın kənd təsərrüfatı sahəsindəki qabaqcıl təcrübəsinin və texnologiyalarının yerli bazara inteqrasiyası üçün mühüm zəmin yaradacaqdır.
“PFF Agro Consulting”in beynəlxalq standartlara əsaslanan analitik yanaşması və dərin bazar təcrübəsi bu strateji araşdırmanın yüksək səviyyədə icrasını təmin edəcəkdir.
