09.02.2026

PFF Agro Consulting və Almaniyanın “Sano Holding” Şirkəti Yem Əlavələri Sahəsində Yeni Əməkdaşlığa Başlayıb

Azərbaycanın aqrar sektorunda keyfiyyətli yem bazasını gücləndirmək məqsədilə “PFF Agro Consulting” MMC yem əlavələri üzrə dünya liderlərindən olan Almaniyanın “Sano Holding” şirkəti ilə rəsmi tərəfdaşlığa start verib. Şirkətimizin dəvəti ilə ölkəmizə səfər edən “Sano Holding”in qlobal rəhbərliyi və mütəxəssisləri ilə keçirilən görüşlər nəticəsində “Sano” məhsullarının Azərbaycan nümayəndəliyinin yaradılmasına dair rəsmi razılığa gəlinib.

Bu əməkdaşlıq çərçivəsində “Sano”nun 40 illik elmi təcrübəyə əsaslanan mineral əlavələri, yüksək texnologiyalı premiksləri və buzovlar üçün xüsusi süd əvəzediciləri artıq Azərbaycan bazarında eksklüziv olaraq təqdim olunacaq. Səfər zamanı alman mütəxəssislər yerli təsərrüfatlarda innovativ yemləmə həlləri və rasionun zənginləşdirilməsi barədə fermerlərlə geniş fikir mübadiləsi aparmışlar.

Razılaşmaya əsasən, yerli fermerlərə təkcə keyfiyyətli yem əlavələri deyil, həm də rasionun düzgün qurulması və səmərəliliyin yüksəldilməsi üçün alman ekspertlər tərəfindən davamlı məsləhət dəstəyi göstəriləcəkdir.