14.09.2025

PFF Agro Consulting və Four Agro-dan Yeni Əməkdaşlıq: Suvarma Sistemlərinə Peşəkar Nəzarət

Azərbaycanın aqrar sektorunda fəaliyyət göstərən “PFF Agro Consulting” MMC və “Four Agro” suvarma sistemləri şirkəti arasında yeni tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində “Four Agro” tərəfindən quraşdırılmış suvarma sistemlərinin texniki auditi və daimi işlək vəziyyətdə saxlanılması prosesini “PFF Agro” komandası öz üzərinə götürür.

Yeni xidmət modeli sayəsində fermerlər illik abonəlik əsasında peşəkar nəzarət xidmətindən yararlana biləcəklər. “PFF Agro Consulting” mütəxəssisləri sistemlərin mütəmadi auditini apararaq, yarana biləcək nasazlıqların qarşısını öncədən alacaq və suvarma sistemlərinin fasiləsiz işləməsini təmin edəcəklər.

Bu tərəfdaşlığın əsas məqsədi fermerlərin texniki qayğılarını azaltmaq və sahələrin suvarılmasında maksimum səmərəliliyə nail olmaqdır.