“PFF Agro Consulting” MMC regional tərəfdaşlıq əlaqələrini genişləndirməyə davam edir. Bu istiqamətdə növbəti addım olaraq, Gürcüstanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən “NovAgro” şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib.
Görüş zamanı hər iki ölkənin aqrar bazarındakı mövcud vəziyyət təhlil edilib və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində birgə layihələrin icrası, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Bu tərəfdaşlıq hər iki şirkətin resurslarından səmərəli istifadə etməklə bölgədə kənd təsərrüfatının inkişafına və innovativ həllərin tətbiqinə yeni imkanlar yaradacaqdır.
