04.02.2026

PFF Agro Consulting və İordaniyanın DADvet Şirkəti Arasında Strateji Əməkdaşlıq: Baytarlıq Sektorunda Yeni Mərhələ

“PFF Agro Consulting” MMC beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirərək, baytarlıq preparatları istehsalı üzrə İordaniyanın və Yaxın Şərqin lider şirkətlərindən biri olan “Dar Al Dawa Veterinary & Agricultural Industrial Co.” (DADvet) ilə eksklüziv distribütorluq müqaviləsi imzalayıb.

Şirkətimizin dəvəti ilə Azərbaycana səfər edən DADvet rəhbərliyi və mütəxəssis heyəti ilə keçirilən işgüzar görüşlər əsnasında əldə olunan razılaşmaya əsasən, DADvet brendinin beynəlxalq GMP (Yaxşı İstehsalat Təcrübəsi) standartlarına cavab verən yüksək keyfiyyətli baytarlıq məhsulları artıq eksklüziv olaraq PFF Agro Consulting tərəfindən ölkəmizə idxal ediləcək.

Əməkdaşlıq çərçivəsində təqdim olunacaq əsas məhsul istiqamətləri:

  • Antibiotiklər və Terapevtik Vasitələr: Heyvan xəstəliklərinin müalicəsi üçün müasir preparatlar;
  • Vitamin və Mineral Kompleksləri: Heyvanların immunitetini gücləndirən və məhsuldarlığı artıran zəngin tərkibli əlavələr;
  • Steril İnjeksiya Məhsulları: İri buynuzlu heyvanlar və quşçuluq üçün nəzərdə tutulmuş yüksək effektivli inyeksiyalar;
  • Yem Əlavələri və Antikoksidiallar: Heyvandarlıq və quşçuluq komplekslərində sağlam böyüməni təmin edən xüsusi vasitələr;
  • Dezinfeksiyaedici və Antiseptik Preparatlar: Təsərrüfatlarda biotəhlükəsizliyi təmin etmək üçün peşəkar həllər.

PFF Agro Consulting MMC olaraq məqsədimiz dünya səviyyəli baytarlıq təcrübəsini və ən səmərəli preparatları yerli fermerlərin əlçatanlığına gətirməkdir. Bu əməkdaşlıq çərçivəsində, həmçinin iordaniyalı mütəxəssislərin iştirakı ilə yerli baytar həkimlər üçün təlimlərin və sahə məsləhətlərinin təşkili də nəzərdə tutulub.