PFF Agro Consulting MMC Kral Günü tədbirində!

Niderland Krallığının Azərbaycandakı Səfirliyi tərəfindən Niderlandın milli bayramı — Kral Günü (Koningsdag) münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etməkdən böyük məmnuniyyət duyduq.Tədbir çərçivəsində Niderlandın fövqəladə və səlahiyyətli səfiri xanım Marianne de Jong və digər tərəfdaşlarımızla kənd təsərrüfatı və innovasiyalar sahəsində mövcud əməkdaşlıq imkanlarını müzakirə etdik, xoş ünsiyyətdə olduq.Dəvət üçün Niderlandın ölkəmizdəki səfirliyinə, eləcə də xanım […]

PFF Agro Consulting: Aqrar Konsaltinq Sahəsində Beynəlxalq Təcrübə və Strateji Həllər

“PFF Agro Consulting” MMC kənd təsərrüfatı və aqrar biznesin inkişafı istiqamətində təklif etdiyi çoxşaxəli konsaltinq xidmətləri ilə ölkənin qabaqcıl mütəxəssis komandalarından birini təqdim edir. Şirkətin komanda heyəti kənd təsərrüfatı, dəyər zəncirinin inkişafı, bazar təhlili və sosial-iqtisadi qiymətləndirmə sahələrində dərin və zəngin təcrübəyə malikdir. Beynəlxalq Standartlar və Qlobal Əməkdaşlıq Komanda üzvlərimiz uzun illər ərzində Dünya Bankı (World Bank), GIZ və Oxfam […]

PFF Agro Consulting və “CJ Bio” Şirkəti Arasında Yeni Əməkdaşlığa Başlanıldı

Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən “PFF Agro Consulting” MMC, heyvandarlıq və quşçuluq sahəsində məhsuldarlığın artırılması məqsədilə Cənubi Koreyanın biotexnologiya sahəsində ixtisaslaşmış “CJ Bio” şirkəti ilə yeni əməkdaşlığa start verib. Bu tərəfdaşlıq çərçivəsində “CJ Bio”nun yüksək texnologiya ilə hazırlanan “XSOY” məhsul xəttinin yerli bazara inteqrasiyası və təsərrüfatlarda tətbiqi nəzərdə tutulur. XSOY: Heyvan Qidalanmasında Müasir Həllər Müzakirələrin əsas mövzusu olan XSOY (yüksək keyfiyyətli soya […]

PFF Agro Consulting Niderland Krallığının Səfirliyi ilə Əməkdaşlığa Başlayır

“PFF Agro Consulting” MMC növbəti beynəlxalq layihəsinə start verib. Şirkətimiz Niderland Krallığının ölkəmizdəki səfirliyinin sifarişi əsasında Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda mövcud imkanların müəyyən edilməsi üzrə peşəkar məsləhət xidmətlərinin göstərilməsinə başlayır. Layihə çərçivəsində Azərbaycanın aqrar sektorunun müxtəlif istiqamətləri üzrə geniş təhlillər aparılacaq, yeni investisiya imkanları və strateji əməkdaşlıq sahələri müəyyən ediləcəkdir. Bu əməkdaşlıq Niderlandın kənd təsərrüfatı […]

PFF Agro Consulting-dən Kənd Təsərrüfatında Kompleks Gigiyena Həlli: “GAZIMED” ilə Strateji Əməkdaşlıq

“PFF Agro Consulting” MMC, kənd təsərrüfatının həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlərində məhsuldarlığı artırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə innovativ “GAZIMED” brendi ilə genişmiqyaslı əməkdaşlığa start verib. Bu əməkdaşlıq çərçivəsində tətbiq olunacaq hipoxlor turşusu (HOCl) əsaslı məhsullar kənd təsərrüfatı və qida sektorunun bütün zəncirini əhatə edir. Bitkiçilik və Qida Sahələrində İnnovativ Tətbiqlər: GAZIMED məhsulları bitkiçilikdə fermerlər üçün […]

PFF Agro Consulting və Almaniyanın “Sano Holding” Şirkəti Yem Əlavələri Sahəsində Yeni Əməkdaşlığa Başlayıb

Azərbaycanın aqrar sektorunda keyfiyyətli yem bazasını gücləndirmək məqsədilə “PFF Agro Consulting” MMC yem əlavələri üzrə dünya liderlərindən olan Almaniyanın “Sano Holding” şirkəti ilə rəsmi tərəfdaşlığa start verib. Şirkətimizin dəvəti ilə ölkəmizə səfər edən “Sano Holding”in qlobal rəhbərliyi və mütəxəssisləri ilə keçirilən görüşlər nəticəsində “Sano” məhsullarının Azərbaycan nümayəndəliyinin yaradılmasına dair rəsmi razılığa gəlinib. Bu əməkdaşlıq çərçivəsində “Sano”nun 40 illik elmi […]

PFF Agro Consulting və İordaniyanın DADvet Şirkəti Arasında Strateji Əməkdaşlıq: Baytarlıq Sektorunda Yeni Mərhələ

“PFF Agro Consulting” MMC beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirərək, baytarlıq preparatları istehsalı üzrə İordaniyanın və Yaxın Şərqin lider şirkətlərindən biri olan “Dar Al Dawa Veterinary & Agricultural Industrial Co.” (DADvet) ilə eksklüziv distribütorluq müqaviləsi imzalayıb. Şirkətimizin dəvəti ilə Azərbaycana səfər edən DADvet rəhbərliyi və mütəxəssis heyəti ilə keçirilən işgüzar görüşlər əsnasında əldə olunan razılaşmaya əsasən, DADvet brendinin beynəlxalq GMP (Yaxşı İstehsalat Təcrübəsi) standartlarına […]

PFF Agro Consulting və Chemtica Internacional  Arasında Strateji Əməkdaşlıq: Bitki Mühafizəsində İnnovativ Həllər

“PFF Agro Consulting” MMC beynəlxalq əlaqələrini genişləndirərək, feromon əsaslı zərərvericilərə qarşı mübarizə vasitələri üzrə dünya liderlərindən biri olan Kosta-Rikanın “Chemtica Internacional S.A.” şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində Chemtica tərəfindən istehsal olunan yüksək texnologiyalı feromon tələləri, cəlbedicilər (lures) və inteqrasiya olunmuş zərərvericilərlə mübarizə (IPM) sistemləri artıq Azərbaycan fermerləri üçün əlçatan olacaq. Dünyanın 50-dən çox ölkəsində tətbiq edilən bu […]

PFF Agro Consulting və Gürcüstanın NovAgro Şirkəti Arasında İşgüzar Görüş Keçirilib

“PFF Agro Consulting” MMC regional tərəfdaşlıq əlaqələrini genişləndirməyə davam edir. Bu istiqamətdə növbəti addım olaraq, Gürcüstanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən “NovAgro” şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib. Görüş zamanı hər iki ölkənin aqrar bazarındakı mövcud vəziyyət təhlil edilib və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində birgə layihələrin icrası, təcrübə mübadiləsi və qarşılıqlı maraq […]

PFF Agro Consulting-dən Yeni Layihə: 60 Hektar Ərazinin Suvarma Sistemi Layihələndirildi

“PFF Agro Consulting” MMC tərəfindən növbəti irimiqyaslı layihə uğurla tamamlanıb. Müştərimizin müraciəti əsasında 40 hektar ərazini əhatə edən müasir suvarma sisteminin layihələndirilməsi peşəkar mühəndis heyətimiz tərəfindən həyata keçirilib. Layihələndirmə zamanı ərazinin relyefi, torpaq tərkibi və əkiləcək bitki növünün su tələbatı dəqiq analiz edilərək ən effektiv suvarma üsulu seçilib. Hazırlanan bu layihə su resurslarına qənaət etməklə yanaşı, sahənin hər […]